
Elmar Baxşıyev «Araz-Naxçıvan»ın daha bir futbolçusunu cəzalandırıb.
İldar Ələkbərov yeni baş məşqçinin qəzəbinə tuş gəlib.
Buna səbəb yarımmüdafiəçinin məşqə 2 dəqiqə gecikməsidir. Qış fasiləsində «Sabah»dan icarəyə götürülmüş Rusiya doğumlu oyunçu 200 manat cərimələnib.
Bir ay öncə komandanı təhvil almış mütəxəssis ondan qabaq Turan Manafovu cərimələyib.
Ona görə ki, müdafiəçi komanda yoldaşlarını məşq yerinə gec toplayıb. Belə ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırıq keçən kollektiv ora nəzərdə tutulduğu vaxtdan 10 dəqiqə gec gəlib.
Manafov prosesin icrasına cavabdeh seçildiyindən, məsuliyyət də onun üzərində qalıb. Səhlənkarlığı ucbatından maaşından 500 manat kəsilib.
SPORTİNFO.AZ