COP29

Levandovski ilə yollarını ayırmaq istəyir - “Barselona”

20 May 10:20 İspaniya 913
Levandovski ilə yollarını ayırmaq istəyir - “Barselona”

“Barselona” bu yay polşalı hücumçu Robert Levandovski ilə yollarını ayırmaq istəyir.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi maaş hesabını yüngülləşdirmək üçün futbolçudan yaxa qurtarmaq istəyir.

35 yaşlı futbolçu ildə təxminən 30 milyon avro maaş alır.

“Barselona” Levandovskini Səudiyyə Ərəbistanına və ya klublarından oyunçuya maraq göstərən Premyer Liqaya göndərməyi planlaşdırır.

Levandovski bu mövsüm bütün turnirlərdə 47 matçda iştirak edib, 25 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"