“L’Equipe” Messini Çe Gevara obrazında təqdim etdi - FOTO 

31 Mart 15:04 İspaniya 108
“L’Equipe” Messini Çe Gevara obrazında təqdim etdi - FOTO 

Fransa nəşri “L’Equipe” manşetinə “Barselona”nın futbolçusu Lionel Messinin şəklini yerləşdirib.

Sportinfo.az xəbər verir ki, nəşr Leonu məşhur inqilabçı Ernesto Çe Gevara ilə müqayisə edib. Messi Çe Gevaranın obrazında təqdim olunub.

Bununla da nəşr Leonun avtoritet olduğunu, paltardəyişmə otağında sözünün keçdiyini vurğulayıb. Manşet üçün seçilən başlıq da buna işarədir: “Lionel Messi. Barselonalı Çe”.

Messi və komanda yoldaşları məvaciblərinin 70 faizindən imtina ediblər. Bununla da onlar çətin dönəmdə kluba önəmli yardım etmiş olublar.

Xəbər Lenti