"Açığı, mən bir az qorxuram"

26 Mart 2020 14:50 İspaniya 821
"Açığı, mən bir az qorxuram"

“Real”ın futbolçusu Eden Azar ölkə mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, belçikalı ulduz Madrid klubundakı çıxışından və koronavirus epidemiyasından danışıb:

“İspaniyada ilk mövsümü adaptasiya ili olaraq görürəm. Performansımı qiymətləndirmək üçün növbəti mövsümü gözləmiliyik. Heyətimiz yaxşıdır. Gələn il uğurlu mövsüm keçirməyim öz əlimdədir.

“Real” mənim üçün yaxşı təcrübədir. Hələ bu klubla 4 illik müqaviləm var. Hazırda hər kəs koronavirusla mübarizə aparır. Bu elə bir şeydir ki, “mənə heç nə olmaz” deyə bilməzsiniz.

Açığı, hamı kimi mən də biraz qorxuram. Bütün günü evdə oluram. Gəlib-gedən olmur. Xüsusən də başqalarına keçirməməyiniz üçün diqqətli olmalısınız. Əsas olan budur”.

Azar 100 milyon avro qarşılığında “Çelsi”dən “Real”a keçib. O, bu mövsüm keçirdiyi 15 oyunda 5 qol vurub və bir məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"