Rahil Məmmədovun yeni komandasının rəqibləri

20 Yanvar 13:40 Gündəm 925
Rahil Məmmədovun yeni komandasının rəqibləri

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun yeni komandası olan Polşa LKS-nin qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün Türkiyəyə yollanacaq Lodz təmsilçisi orada 4 sınaq matçı keçirəcək.

Pyotr Stokovieçin yetirmələri Qazaxıstanın “Atırau” (23 yanvar), Serbiyanın “Radniçki” (26 yanvar), Cənubi Koreyanın “Qanqvun” (30 yanvar) və Şimali Makedoniyanın “Struqa” (2 fevral) kollektivləri ilə qarşılaşacaqlar.

“Qarabağ”dan LKS-ə keçən Rahil Məmmədovun bu gün komandaya qoşulacağı gözlənilir.

LKS Polşa Ekstraklasasında 18 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti