"Barselona"nın forvardı qol sayında fransalını qabaqladı

18 Fevral 13:10 İspaniya 1 151
"Barselona"nın forvardı qol sayında fransalını qabaqladı

Polşa millisinin kapitanı Robert Levandovski "Barselona"nın heyətində 50-ci qoluna imza atıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli hücumçu İspaniya Primerosunda "Selta" ilə görüşdə (2:1) dublla yadda qalıb.

Belədə, 35 yaşlı futbolçu Kataloniya klubunda 3 ildə 49 qolunu vuraraq Tyerri Anrini qabaqlayıb.

Ümumilikdə İspaniya çempionatının 23 matçda meydana çıxmış Levandovskinin aktivinə 12 qol və 5 məhsuldar ötürmə var.

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 23:35 Çək və bizə göndər!