Messinin kolleksiyasında Ronaldonun forması varmı? - FOTO

13 Fevral 2020 18:48 İspaniya 988
Messinin kolleksiyasında Ronaldonun forması varmı? - FOTO

"Barselona"nın kapitanı Lionel Messi vacib oyunlardan sonra rəqib komandanın futbolçuları ilə formasını dəyişdirməyi xoşlayır.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçunun böyük forma kolleksiyası var.

Lakin 32 yaşlı forvardın kolleksiyasında kifayət qədər tanınmış oyunçuların forması olsa da, hazırda İtaliya "Yuventus"unda çıxış edən "Real"ın sabiq hücumçusu Kriştianu Ronaldonun futbolkası yoxdur.

"Kral klubu"nun keçmiş üzvləri - artıq karyerasını başa vurmuş Raul Qonsales və Fransa PSJ-sində çıxış edən Anxel Di Mariyanın formaları da Messinin kolleksiyasını bəzəyir.

Digər Xəbərlər
Xəbər Lenti