"Barselona"dan təklif almamışam"

9 Noyabr 2019 16:52 İspaniya 746
"Barselona"dan təklif almamışam"

"River Pleyt"in baş məşqçisi Marselo Qalyardo "Barselona"da Erneste Valverdeni əvəzləyəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, argentinalı Kataloniya klubunu çalışdırmayacağını, "Barsa"dan təklif almadığını söyləyib. O, yayılan xəbərləri şaiyə adlandırıb: "Barselona"? Bu sadəcə şaiyədir. Ona görə də buna şərh vermək istəmirəm. "Barselona"dan heç bir təklif almamışam, kimsə mənimlə görüşməyib".

Digər Xəbərlər
Xəbər Lenti