"Barselona"dan ən zəif göstərici

6 Noyabr 2019 23:50 İspaniya 541
"Barselona"dan ən zəif göstərici

Çempionlar Liqasının qrup mərhələsində "Slaviya" ilə bərabərə qalan (0:0) "Barselona" uğurlu seriyasını davam etdirib. Sportinfo.az xəbər verir ki, Kataloniya klubu "Nou Kamp"ı yenə məğlub olmadan tərk edib.

La Liqa çempionu Çempionlar Liqasında ardıcıl 34-cü dəfə ev oyununda uduzmayıb və bununla öz rekordunu yeniləyib. Dünənki qarşılaşmanı tribunadan 67 min 23 azarkeş izləyib ki, bu da son iki ilin ən zəif göstəricisidi.

Buna qədər 2017-ci il oktyabrın 18-də "Olimpiakos"la (3:1) görüşü cəmi 55 min 26 azarkeş izləmişdi. "Barselona" 4 turdan sonra 8 xalla F qrupuna başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti