Kumanın “Barselona” ilə bağlı şərti

4 Noyabr 2019 13:03 İspaniya 1 195
Kumanın “Barselona” ilə bağlı şərti

Niderland yığmasının baş məşqçisi Ronald Kumanın “Barselona”nın baş məşqçisi ola biləcəyi barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, niderlandlı xəbəri təsdiq edib edib və federasiya ilə müqaviləsində buna imkan verən bənd olduğunu bildirib:

“Bəli, müqaviləmdə belə bir bənd var ki, AVRO-2020-dən sonra “Barselona”da çalışa bilərəm. Bu bənd yalnız “Barsa”ya aiddir. Ancaq hazırda belə bir fikrim yoxdur və yüz faiz əmin edirəm ki, heç yerə getmirəm”.

Kumanın Niderland yığması ilə qüvvədə olan müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti