"Real" hakimlərdən narazıdır

4 Noyabr 2019 12:49 İspaniya 406
"Real" hakimlərdən narazıdır

“Real” rəhbərliyi La Liqada hakimlərin idarəçiliyindən narazıdır. Sportinfo.az xəbər verir ki, “Kral klubu”nun rəhbərliyi hakim səhvlərinə görə 7 xal itirdiklərini iddia edirlər.

Rəhbərlik hesab edir ki, “Betis” (0:0), “Vilyarreal” (2:2) və “Malyorka” (0:1) ilə qarşılaşmalarda hakim səhvlərinə görə qalib gələ bilməyiblər.

“Real” 11 turdan sonra 22 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. “Kral klubu” bu tur vahid lider olmaq şansını əldən verib. Komanda “Betis”lə bərabərə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti