"İstefa haqda düşünmürəm”

4 Noyabr 2019 09:42 İspaniya 375
"İstefa haqda düşünmürəm”

“Barselona”nın baş məşqçisi Ernesto Valverde istefa vermək barədə düşünmür.

Sportinfo.az xəbər verir ki, bunu təcrübəli mütəxəssis La Liqanın 12-ci turunda “Levante”yə səfər məğlubiyyətindən (1:3) sonra keçirilən mətbuat konfransında o deyib:

“Etiraf edirəm ki, öz stadionumuzda olmayan matçlarda problemlərimiz yaranır. Demişdim ki, səfər görüşlərinə komandanın köklənməsi məsələsi məni narahat edir. O ki qaldı istefaya, bu haqda düşünmürəm və gələcəyə baxıram”.

Digər Xəbərlər
Xəbər Lenti