Beyl "Real"ın düşərgəsinə qayıtdı

1 Noyabr 2019 20:43 İspaniya 638
Beyl "Real"ın düşərgəsinə qayıtdı

"Real"ın futbolçusu Qaret Beyl Londondan klubun düşərgəsinə qayıdıb. Sportinfo.az "Marca"ya istinadən xəbər verir ki, uelsli yarımmüdafiəçi Britaniyada agenti ilə görüşüb.

Beyl hələ də zədəsini sağaldır. Futbolçu kluba zədəsi haqqında geniş məlumat verməyi qadağan edib. Hazırda Beyl fərdi məşqlərlə kifayətlənir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı haqqında heç bir məlumat verilmir.

Bir müddət əvvəl "Real"ın qış fasiləsində yarımmüdafiəçi ilə vidalaşacağına dair xəbərlər yayılmışdı. Beyl Çindən yaxşı təklif alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti