"Barselona" baxıb bəyəndi, qaldı almaq

1 Noyabr 2019 01:24 İspaniya 1 329
"Barselona" baxıb bəyəndi, qaldı almaq

"Kruzeyro"nın yarımmüdafiəçisi Ederson Lourenso "Barselona"ya keçə bilər.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubunun rəsmiləri Edersonu canlı izləmək üçün Braziliyaya yollanıb. "Barsa"nın direktoru Erik Abidal 20 yaşlı yarımmüdafiəçinin çıxışını izləyib. Oyundan sonra isə futbolçunun özü ilə söhbətləşib və onu ispan klubuna dəvət edib.

Transferin yayda baş tutacağı ehtimal edilir.

Digər Xəbərlər
Xəbər Lenti