"Qarabağ"ın rəqibi bir xalla kifayətləndi

31 Oktyabr 2019 00:00 İspaniya 455
"Qarabağ"ın rəqibi bir xalla kifayətləndi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Sevilya" İspaniya Primerosunda növbəti oyununu keçirib. Sportinfo.az xəbər verir ki, Əndəlusiya təmsilçisi 11-ci tur çərçivəsində "Valensiya"nın qonağı olub.

Xulen Lopeteqinin komandası səfərdən bir xalla ayrılıb. "Sevilya"dan Lukas Okampos 45-ci dəqiqədə hesabı açsa da, 81-ci dəqiqədə Ruben Sobrinonun qarşısını ala bilməyiblər.

Digər Xəbərlər
Xəbər Lenti