Zidanın xələfi

30 Oktyabr 2019 14:03 İspaniya 524
Zidanın xələfi

“Real”ın baş məşqçisi Zinəddin Zidan xələfinin kim ola biləcəyinə işarə edib. Sportinfo.az xəbər verir ki, Zidan Raul Qonzalesin nə vaxtsa Madrid klubunun baş məşqçisi olacağına şübhə etmədiyini deyib.

“Raulun “Real”ın heyətində meydana çıxdığı ilk oyundan 25 il keçib. Bu o deməkdir ki, biz bir qədər qocalmışıq. Onunla bir yerdə oynamışam. O, möhtəşəm klubun əsas simalarından biri idi. Əminəm, Raul nə vaxtsa “Real”ın baş məşqçisi olacaq”.

Raul hazırda “Real”ın əvəzedici komandası “Kastilya”nı çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti