Azar Fransa millisini seçə bilərmiş - "Təklif gəlmişdi"

29 Oktyabr 2019 21:50 İspaniya 536
Azar Fransa millisini seçə bilərmiş - "Təklif gəlmişdi"

"Real"ın futbolçusu Eden Azar etiraf edib ki, vaxtilə ona Fransa millisində oynamaq üçün təklif gəlib.

Sportinfo.az "Real Madrid TV"-yə istinadən xəbər verir ki, yarımmüdafiəçi "Lill"də çıxış edəndə belə variant olub:

"Lill"də oynayanda belə təklif gəlmişdi. Hətta bu haqda danışıqlarımız da oldu. Amma mən belçikalıyam və əvvəlcədən bilirdim ki, hansı yığmanın formasını geyinəcəm".

28 yaşlı futbolçu Belçika millisində 104 oyunda 30 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti