“Qarabağ”ın rəqibi “Xetafe”yə qalib gəldi - VİDEO

28 Oktyabr 2019 01:40 İspaniya 532
“Qarabağ”ın rəqibi “Xetafe”yə qalib gəldi - VİDEO

İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir. Sportinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Sevilya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Xetafe” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 2:0. “Sevilya” hazırda 19 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

“Qarabağ” İspaniya klubu ilə Bakıda baş tutan ilk oyunda məğlub olub – 0:3. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 28-də səfərdə keçiriləcək.

"Sevilya" - "Xetafe" 2:0

Qollar: Xavyer Çiçarito Ernandes, 69, Lukas Okampos, 78

Digər Xəbərlər
Xəbər Lenti