“Barsa” ilə “Real” 18 dekabr deyir, La Liqa isə...

22 Oktyabr 2019 23:45 İspaniya 851
“Barsa” ilə “Real” 18 dekabr deyir, La Liqa isə...

İspaniya çempionatının 10-cu turunda keçirilməli olan, lakin təxirə salınan “el klasiko”nun nə vaxt baş tutacağı hələ də məlum deyil.

Sportinfo.az xəbər verir ki, əslində “Barselona” və “Real” tarixlə bağlı razılığa gəliblər. Klublar qarşılaşmanın dekabrın 18-də keçirilməsini istəyirlər.

Ancaq La Liqa rəhbərliyi bu tarixlə razı deyil. Onlar oyunun dekabrın 4-də baş tutmasının tərəfdarıdırlar. La Liqa rəhbərliyinin etirazından sonra yenidən klublara müraciət edilib.

Ancaq hələ ki, onlardan cavab yoxdur. Bütün tərəflərdən cavab alandan sonra yarışların keçirilməsi komitəsi variantlara bir daha nəzər salıb yekun qərar verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"