Suares Messiyə çata biləcək?

20 Oktyabr 2019 12:49 İspaniya 464
Suares Messiyə çata biləcək?

Dünən La Liqanın 9-cu turu çərçivəsində "Eybar" səfərində fərqlənən "Barselona"nın hücumçusu Luis Suares şəxsi göstərcisini bir qədər də yaxşılaşdırıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı forvard Kataloniya klubunun heyətində 184-cü qolunu vurub.

Uruqvaylı bu göstərici ilə klub tarixində ən sərrast futbolçular arasında 4-cü pilləyə yüksəlib.

Bombardirlər cədvəlində ilk pillənin sahibi 605 qolla Lionel Messidir. Sezar Rodriges 232 qolla 2-ci, Ladislav Kubala isə 194 qolla 3-cü yeri tutur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti