"Barselona"da qalacam" - Lionel Messi

19 Oktyabr 2019 11:08 İspaniya 1 154
"Barselona"da qalacam" - Lionel Messi

"Barselona"nın hücumçu Lionel Messi Kataloniya klubundakı gələcəyindən danışıb.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu karyerasının sonuna kimi La Liqa təmsilçisində qalacağını bildirib:

"Bu yaxınlarda müqavilə məsələsini şifahi olaraq müzakirə etdik. Heç nəyin məcburi olmağını istəmirəm. Hər şeyin özümü necə hiss etməyimdən asılıdır. Yaxşı formada olduğum müddətdə oynamaq istəyirəm. Bunu açıq şəkildə deyirəm ki, karyeramın sonunadək "Barselona"da qalacam".

Qeyd edək ki, "Barselona" Messiyə 10 illik müqavilə təklif etməyə hazırlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti