Messinin 6-cı "Qızıl buts"u - VİDEO

16 Oktyabr 2019 17:50 İspaniya 693
Messinin 6-cı "Qızıl buts"u - VİDEO

Lionel Messiyə "Qızıl buts" mükafatı təqdim olunub. Sportinfo.az "Marca"ya istinadən xəbər verir ki, "Barselona"nın hücumçusu ötən mövsüm İspaniya La Liqasında 34 oyunda 36 qol vurub.

"Qızıl buts" mükafatı UEFA-ya daxil olan ölkələrin çempionatlarında ən çox fərqlənən futbolçuya verilir.

Bu, Messinin karyerasında 6-cı "Qıızl buts" olub. O, bunadək 2008/2010 (34 qol), 2012/2013 (46), 2016/2016 (37) və 2017/2018 (34) mövsümlərində bu mükafata yiyələnib.

32 yaşlı futbolçu mükafatlandırma mərasiminə xanımı və 2 övladı ilə qatılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti