Kataloniyadakı tətillər səbəbindən "Barselona"nın La Liqanın IX turunda "Eybar"la səfər oyunu üçün planlarında dəyişiklik edilə bilər. Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi səfər planına yenidən göz gəzdirir.
Çox güman ki, Kataloniya klubu avtobusla Gipuzkoa əyalətinə yollanacaq. Barselonadan Eybara qədər olan məsafə təxminən 600 kilometrdir və bu, 6 saatdan bir qədər çox yolda olmaq deməkdir.
Normalda "Barsa" çarter reysilə Bilbaoya uçmalı, ordan 40 km aralıda olan Eybara getməlidi. Lakin El Prat Hava Limanında tətil olduğundan "Barselona"nın planları pozula bilər. "Eybar" - "Barselona" oyunu oktyabrın 19-da keçiriləcək.

