"Real"ın futbolçusu Kazemiro Zinəddin Zidanın Madrid klubuna baş məşqçi təyin olunan dövrdə aralarında yaranan problemdən danışıb. Sportinfo.az "Movistar"a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi həmin vaxt ehtiyatda qalmasından narahat olub:
"Zidanın "Real"a gəlməsi yaxşı yadımdadır. İlk 5 oyunda ehtiyatda oturdum. Yanvarda baş məşqçinin otağına girib dedim ki "Zinəddin, mən əsas heyətdə oynamaq istəyirəm. Mən oynamaq istəyirəm!" Zidan mənə cavab verdi ki, "Kazi, sakitləş, sən oynamağa başlayanda artıq dayanmayacaqsan". Həmin vaxt o məni əsas heyətə qoydu və uzun müddətdir ki, oynayıram.
Uğurumun sirri nədədir? Mənim üçün fərqi yoxdur, 12 ya 90-cı dəqiqədir. Hər topun arxasınca yemək dalınca qaçan kimi qaçıram".
27 yaşlı Kazemiro 2013-cü ildən "Real"da çıxış edir.

