İspaniya la Liqasının prezidenti Xavyer Tebas Lionel Messinin vergi pozuntusuna və borca görə ölkəni tərk etməyə hazırlaşması barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, Kataloniya klubunun hücumçusunun sonradan İspaniyada qalmağa qərar verməsinə çox sevindiyini deyib.
"Sözün düzü, onun ölkəni tərk edəcəyindən qorxmurduq. Amma sonra oxudum ki, Messi burada qalmağa qərar verib. Ona təşəkkür edirəm ki, La Liqanı tərk etmədi. Bilirəm, vergi məsələlərində ondan asılı olmayan məqam çoxdur. Nə göstəriblər, oraya qol çəkib. Bu, Messidən asılı olan problem deyil".

