İspaniya millisinin müdafiəçisi Serxio Ramos gələn il Tokioda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək istəyir.
Sportinfo.az xəbər verir ki, “Real”da oynayan 33 yaşlı futbolçu indiyə kimi Olimpiya oyunlarını qazana bilməyən yığmada yer alaraq qızıl medallar qazanmasına kömək olmaq arzusundadır. Ramos sıx qrafikə baxmayaraq Olimpiya oyunlarında oynamağa hazır olduğunu bildirib. Məsələ burasındadır ki, Tokioda keçiriləcək mötəbər Olimpiada gələn il keçiriləcək Avropa çempionatından 10 gün sonra start götürəcək. Olimpiya oyunlarında 23 yaşdan yuxarı 3 futbolçunun çıxış etməsinə icazə verilir.

