“Barselona”nın başqa klublara o qədər borcu var ki...

8 Oktyabr 2019 17:02 İspaniya 1 019
“Barselona”nın başqa klublara o qədər borcu var ki...

“Barselona” transfer etdiyi futbolçulara görə, digər klublara xeyli vəsait ödəməlidir.

Sportinfo.az xəbər verir ki, “Barsa”nın başqa klublara ödəməli olduğu 260 milyon avro borcu var. Özü də bu futbolçuların əksəriyyəti “Barsa”da möhkəmlənə bilməyib.

Məsələn, Filip Koutinyonun transferinə görə, “Barsa“ "Liverpul”a 94,6 milyon avro ödəməlidir. Koutinyo “Barsa”da möhkəmlənə bilməyib və “Bavariya”ya icarəyə verilib.

İspaniya "nəhəngi" Malkoma görə “Bordo”ya da 30,3 milyon avro verməlidir. “Barsa” bu futbolçunu 2018-ci ildə 41 milyon avroya transfer etmişdi. Ancaq sonradan onu “Zenit”ə 40 milyon avroya satmalı oldu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti