"Real"ın almaniyalı futbolçusu Toni Kroos zədə alıb. Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi İspaniya La Liqasının 8-ci turunda "Qranada" ilə oyunda (4:2) sıradan çıxıb.
Almaniya milli komandasının 29 yaşlı futbolçusunun nə vaxt yaşıl meydanlara qayıdacağı hələ ki bəlli deyil. Bu mövsüm İspaniya çempionatında 8 oyunda meydana çıxan Kroos 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Ondan başqa, "Real"ın heyətində Marselo, Ferlan Mendi, Kurtua, Naço və Asensio da zədəlidir.

