COP29

“Barselona”dakı gələcəyi yaxın 48 saat ərzində bilinəcək

20 May 00:00 İspaniya 558
“Barselona”dakı gələcəyi yaxın 48 saat ərzində bilinəcək

“Barselona”nın baş məşqçisi Xavinin klubdakı gələcəyi yaxın 48 saat ərzində bəlli olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Məlumata görə, qarşıdan gələn bazar ertəsi, mayın 20-də Xavi ilə klub prezidenti Joan Laporta arasında görüş keçiriləcək.

“Barselona”nın idman direktoru Deko və Kataloniya klubunun prezidentinin köməkçisi Alexandro Eçevarriyanın da görüşdə iştirak edəcəyi gözlənilir.

Bu ilin yanvar ayında Xavi “Barselona”dan gedəcəyini açıqlasa da, sonradan fikrini dəyişmişdi. Lakin hazırda mütəxəssisin nəticələri klub rəhbərliyini qane etmir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!