Karyerasını bitirməyə hazırlaşır: “Qapı”nı tamamilə bağlamıram”

15:40 İspaniya 44
Karyerasını bitirməyə hazırlaşır: “Qapı”nı tamamilə bağlamıram”

“Selta”nın müdafiəçisi Markos Alonso futbolçu karyerasını başa vurmağa yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı oyunçu peşəkar səviyyədə çıxışını davam etdirmək niyyətində olmadığını və klubla müqaviləsi başa çatdıqdan sonra karyerasını yekunlaşdırmasının mümkün olduğunu bildirib:

“Bu il müqavilə imzaladım. Lakin karyeramın bu mərhələsində gələcəkdən daha çox, indiki ana diqqət yetirməyimin doğru olacağını düşünürəm.

“Qapı”nı tamamilə bağlamıram, amma bu komandanın mənim üçün sonuncu olması olduqca mümkündür”.

Alonso dekabrın sonunda 36 yaşını tamamlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti