PSJ-nin hücumçusu Ferran Torres “Valensiya” klubundan 7 milyon avroya ofis binası satın alıb.
Sportinfo.az “Valencia Plaza” nəşrinə istinadən xəbər verir ki, sözügedən bina klubun ev stadionunun yaxınlığında yerləşir.
İspaniya klubu yeni stadiona köçməyi planlaşdırdığı üçün mövcud infrastrukturunu satışa çıxarıb. Yeni arenada klubun ofisləri də yerləşəcək.
Binanın satışından əldə olunan vəsait isə “Valensiya”nın transfer büdcəsinə əlavə ediləcək və qış transfer dövründə istifadə oluna bilər.
Torres “Valensiya”nın yetirməsidir və altı yaşından etibarən klubun sistemində çıxış edib.
“Valensiya” La Liqada 13 turdan sonra 12 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
