“Atletiko”nun baş məşqçisi Dieqo Simeone qış transfer dövründə heyəti gücləndirməyi planlaşdırır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis yanvar ayında komandaya 2-3 yeni futbolçu cəlb etmək istəyir.
Simeone xüsusilə, cinah müdafiəçiləri və mərkəz yarımmüdafiəçisi axtarışındadır. Lakin transferlərin reallaşması komandadan ayrılacaq futbolçulardan və klub rəhbərliyinin heyətin gücləndirilməsi üçün vəsait ayırmaq istəyindən asılı olacaq.
“Atletiko” İspaniya çempionatında 13 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 5 xal geri qalır.
