Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Matis Albert karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçunun xidmətində bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Sabah”la qarşılaşacaq “Barselona” maraqlıdır.
Kataloniya təmsilçisi oyunçunun çıxışını yaxından izləyir və mümkün transfer üçün addımlar atmağa hazırlaşır.
Amerikalı futbolçu 2026-cı ilin yayından Dortmund təmsilçisində çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun sonuna qədərdir. Yarımmüdafiəçinin bazar dəyəri 5 milyon avro qiymətləndirilir.
