"Hədəfim "Barselona"nı çalışdırmaqdır - Bu istəyimi heç vaxt gizlətməmişəm"

23 Oktyabr 2021 01:38 İspaniya 1 250
"Hədəfim "Barselona"nı çalışdırmaqdır - Bu istəyimi heç vaxt gizlətməmişəm"

Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Ernandes adının "Barselona" ilə hallanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunları deyib:

"Hədəfim "Barselona"nı çalışdırmaqdır. Bu, məqsəd və xəyalımdır. Bu istəyimi heç vaxt gizlətməmişəm.

Bu təyinatın bir gün reallaşacağını bilmirəm. Hazırda "Əl-Sədd" klubunda özümü yaxşı hiss edirəm və bu komandanı çalışdırdığım üçün qürur duyuram".

41 yaşlı mütəxəssis 2019-cu ildən Qətər klubunu çalışdırır.

İspaniya millisinin keçmiş futbolçusu 1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq