“Mövqeyimi dəyişməsəydim, “Barselona”da uzun müddət qala bilməzdim”

10:00 İspaniya 1 044
“Mövqeyimi dəyişməsəydim, “Barselona”da uzun müddət qala bilməzdim”

“Barselona”nın sabiq futbolçusu Xavyer Maskerano, Pep Qvardiolanın qərarı ilə yarımmüdafiədən müdafiənin mərkəzinə keçməsini xatırladıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, argentinalı sabiq futbolçu bunu deyib:

“Barselona”ya gələndə müdafiəyəmeyilli yarımmüdafiəçi idim. Lakin həmin mövqedə artıq Serxio Buskets çıxış edirdi.

Pep Qvardiola həmin mövqedəki ən yaxşı oyunçunun yerini dəyişməmək üçün məni müdafiəyə çəkməyə qərar verdi. Sonda bu mövqe mənim xoşuma gəldi.

Bu, futbolçunun inkişafının bir hissəsidir. Fürsətdən yararlandım və çoxlu oyun keçirdim.

Əminəm ki, mövqeyimi dəyişməsəydim, “Barselona”da uzun müddət qala bilməzdim”.

Maskerano 2010-2018-ci illərdə “Barselona”da çıxış edib. O, Kataloniya klubu ilə 5 dəfə İspaniya çempionu olub və 2 dəfə Çempionlar Liqasını qazanıb. Pep Qvardiola isə 2008-2012-ci illərdə “Barselona”nın baş məşqçisi olub.

Kataloniya klubu sabah Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!