Bu məsələdə barışıq əldə edə bilmədi - “Barselona” ilə “Real”

21:40 İspaniya 38
Bu məsələdə barışıq əldə edə bilmədi - “Barselona” ilə “Real”

“Real” və “Barselona” klubları arasında hakimlərlə bağlı açıqlamalara görə yaranan mübahisə həllini tapmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

“Real”ın prezidenti Florentino Peres mayın ortalarında Xose Mariya Enrike Neqreyra (İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti) işi ilə bağlı danışarkən hakimlərin qərarları səbəbindən “Barselona”nın 7 çempionluq titulunu qanunsuz qazandığını iddia etmişdi.

Bundan sonra Kataloniya təmsilçisinin Peresin açıqlamalarına görə məhkəməyə müraciət etməyə hazırlaşdığı bildirilmişdi.

“Barselona” iyunda Madrid klubunun prezidentinin həmin fikirlərindən geri çəkilməsi məqsədilə məcburi barışıq proseduruna başlamaq üçün müraciət etmişdi.

Bununla bağlı dinləmə isə bu gün keçirilib. Ancaq tərəflərin hüquqşünasları razılığa gələ bilməyiblər. Kataloniya klubu məsələ ilə bağlı hüquqi mübarizəni davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti