“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinesin mümkün transferinə münasibəti bəlli olub.
Daha əvvəl argentinalı futbolçunun agentinin onu Kataloniya klubuna təklif etdiyi, ancaq idman direktoru Dekunun bununla razılaşmadığı bildirilmişdi.
Martinesin özünün isə “Barselona”ya keçməyə hazır olduğu qeyd olunurdu.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Flik də Dekunun mövqeyini dəstəkləyib.
Almaniyalı mütəxəssis Martinesin “Barselona”ya uyğun olmadığını düşünür.
Bununla belə, 28 yaşlı müdafiəçi hələ də klubun transfer siyahısında qalır. Digər futbolçularla danışıqlar uğursuz alınarsa, onun namizədliyinə yenidən baxıla bilər.
Martinesin “Mançester Yunayted”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
