"Bakı"nı çalışdırmış əfsanə "Atletiko"nu "Barselona"ya rəqib etdi - FOTOLAR

11:55 İspaniya 387
"Bakı"nı çalışdırmış əfsanə "Atletiko"nu "Barselona"ya rəqib etdi - FOTOLAR

2025/2026-cı il İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkatması keçirilib.

Püşkün nəticələrinə əsasən, "Atletiko" "Barselona" ilə, "Atletik" isə "Real Sosyedad"la qarşılaşacaq.

İlk oyunlar 10-12 fevral, cavab oyunları isə 3-5 mart tarixlərində keçiriləcək. Final aprel ayında Sevilyadakı "Olimpiko de Sevilla – La Cartuja" stadionunda olacaq.

"Barselona" kral kubokunun son çempionudur. Əvvəlki seriyanın finalında komanda "Real"i 3:2 hesabı ilə məğlub edib.

Bu hadisəni bizim üçün maraqlı edən Milinko Pantiçdir. Çünki püşkü "Bakı"nın sabiq baş məşqçisi atıb.

"Atletiko"nun canlı əfsanəsi vaxtilə Azərbaycanda çalışıb. 2013-2014-cü illərdə paytaxt təmsilçisinin sükanı arxasında dayanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti