“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun transfer siyasəti barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Oyunçularla müqavilə bağlarkən verdiyimiz hər bir qərar diqqətlə nəzərdən keçirilməlidir və Deku kimi (klubun idman direktoru) hər şeyi müzakirə etdiyim əla bir tərəfdaşım var.
Qərarlar qəbul edilərkən maliyyə vəziyyəti həmişə nəzərə alınır. Həmçinin, oyunçunun yaxşı insan olub-olmaması və onun gəlişinin komandaya necə kömək edə biləcəyi də vacibdir”.
Kataloniya klubu qış transfer pəncərəsi zamanı yalnız bir transfer edib. Müdafiəçi Joao Kanselo Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan icarə əsasında “Barselona”ya keçib.

