“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal komandadan ayrıla bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Jirona” 18 yaşlı futbolçunu icarəyə götürməyi düşünərək, sonradan transfer etməkdə maraqlıdır.
Kataloniya klubunun idman direktoru Deku isə perspektivli yarımmüdafiəçiylə müqavilə bağlamağın olduqca çətin olacağını, baş məşqçi Hans-Diter Flikin oyunçuya güvəndiyini və ona komandada əhəmiyyətli rol verməyə hazır olduğunu bildirib.
Bernal bu mövsüm “Barselona”nın 17 oyununda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. O, sentyabr ayında Kataloniya klubuyla 2029-cu ilin yayına qədər olan yeni müqavilə imzalayıb.

