“Barselona”nın hücumçusu Lamin Yamal bu mövsüm La Liqada titul uğrunda mübarizə barədə danışıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bu mübarizənin çətin və uzun olduğunu söyləyib:
“Bu, çox çətin və uzun bir turnirdir. Sona qədər heç nə həll olunmayacaq. Son tura qədər mübarizə aparmalıyıq.
Xal toplamalı və heç bir oyunda uduzmamalıyıq. Hər matç vacibdir. Ümid edirik ki, bunu bacaracağıq”.
Kataloniya klubu İspaniya çempionatının 22 turundan sonra 55 xalla turnir cədvəlinə başçılıq edir.

