İndi də yuxu üzrə mütəxəssis cəlb olundu - “Barselona”ya

22:00 İspaniya 91
İndi də yuxu üzrə mütəxəssis cəlb olundu - “Barselona”ya

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik məşqçilər heyətinə yuxu üzrə xüsusi mütəxəssis cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Yeni mütəxəssisin əsas vəzifəsi futbolçuların yuxu rejimini izləmək və onların düzgün bərpasını təmin etməkdir.

Bundan əlavə, oyunçulara səfər matçlarından sonra tam dincəlmək üçün tövsiyələr veriləcək.

“Barselona” hazırda İspaniya La Liqasında turnir cədvəlinə başçılıq edir. Komanda keçirdiyi 22 oyundan sonra 55 xal toplayıb və 2-ci pillədəki “Real”ı 1 xal qabaqlayır.

Flikin komandası növbəti turda “Malyorka”nı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti