"O, oyunu qurmağı bacarır, eyni zamanda, balansı poza bilir" - İnyesta Pedri haqda danışdı

4 Fevral 18:20 İspaniya 287
"O, oyunu qurmağı bacarır, eyni zamanda, balansı poza bilir" - İnyesta Pedri haqda danışdı

“Barselona”nın sabiq ulduzu Andres İnyesta Kataloniya klubunun yarımmüdafiəçisi Pedri barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun oyundakı rolunu və keyfiyyətlərini xüsusi vurğulayıb:

“Pedri topla özünü çox rahat hiss edir və daim oyunun içində olur. O, oyunu qurmağı bacarır, eyni zamanda, balansı poza bilir.

Pedri güclü keyfiyyətlərə malik çoxşaxəli futbolçudur və inkişafını davam etdirəcək”.

23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 25 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”