Meksikalı hücumçu Obed Varqas “Atletiko”ya transfer olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytında məlumat verilib.
20 yaşlı futbolçu “Atletiko”un sıralarına ABŞ-ın “Sietl Saunders” klubundan qoşulub.
Transferin dəyəri 3 milyon avro təşkil edib. Varqasla bağlanmış müqavilənin müddəti 2030-cu ilin yayına qədərdir.
O, 2025-ci ildə bütün turnirlər üzrə 38 oyunda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Atletiko” hazırda La Liqada 22 turdan sonra 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

