“Real”ın baş skautu Juni Kalafat rəhbərliyə “AZ Alkmaar”ın 19 yaşlı yarımmüdafiəçisi Kes Smitin yayda “kral klubu”na keçməyə hazır olduğu barədə məlumat verib.
Sportinfo.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Bu informasiyadan sonra “Real”ın prezidenti Florentino Peres niderlandlı futbolçunun transferi ilə bağlı prosesi başlada bilər.
Bildirilir ki, “AZ Alkmaar” qiyməti artırmadığı və oyunçunun satışından imtina etmədiyi təqdirdə, transferin “Real”a 40–45 milyon avroya başa gəlmə ehtimalı var.
Smit cari mövsümdə bütün turnirlər daxil olmaqla 27 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

