Portuqaliyalı müdafiəçini almaq fikri var - Paytaxt klubunun

3 Yanvar 17:20 İspaniya 310
Portuqaliyalı müdafiəçini almaq fikri var - Paytaxt klubunun

“Latsio”nun müdafiəçisi Nuno Tavareş karyerasını “Atletiko”da davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər mümkün transferin şərtləri ilə bağlı məlumat əldə etmək üçün Roma klubuna müraciət ediblər.

Hazırda məsələ yalnız maraq səviyyəsindədir – klublar arasında konkret danışıqlara hələ başlanmayıb.

“Latsio” 2025-ci ilin yayında portuqaliyalı futbolçunun transfer hüquqlarını “Arsenal”dan 5 milyon avroya alıb. Buna qədər Tavareş Roma təmsilçisində icarə əsasında çıxış edirdi.

25 yaşlı müdafiəçinin “Latsio” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Yanvar 20:00 Çək və bizə göndər!