“Real” Vinisius Juniorla müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqları yenidən bərpa etməyə hazırlaşır.
Tərəflər arasında müzakirələr Klublararası dünya çempionatından sonra dayandırılmışdı.
Buna səbəb braziliyalı futbolçunun tələb etdiyi maaşın klub tərəfindən həddindən artıq yüksək hesab olunması idi.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, yaxın vaxtlarda “Real” rəhbərliyi yenidən 26 yaşlı futbolçu ilə danışıq aparacaq.
Bildirilir ki, Madrid klubu Vinisiusu komandada saxlamaqda maraqlıdır və oyunçunun özü də “kral klubu”nda qalmaq istəyir. Hazırkı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.
Vinisius hazırda “Real”ın təklif etdiyindən təxminən 15 faiz daha yüksək maaş tələb edir. O, cari mövsümdə La Liqada 18 oyuna çıxıb, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

