Millinin baş məşqçisi onun haqda danışdı: “Mənim vicdanım təmizdir”

01:40 İspaniya 59
Millinin baş məşqçisi onun haqda danışdı: “Mənim vicdanım təmizdir”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente payızda Lamin Yamalın yığmaya çağırılması ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Sentyabrda “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Yamalın ağrılarla milli komandada oynadığını və bunun nəticəsində zədələndiyini demiş, futbolçuların sağlamlığına daha çox diqqət yetirilməli olduğunu vurğulamışdı.

Sportinfo.az xəbər verir ki, De la Fuente mətbuat konfransında bu mövzu ilə bağlı verilən suala belə cavab verib:

“Yamalın milliyə çağırılması ilə bağlı Flikin narazı qaldığı gərgin vəziyyət yarandı. Amma indi o, Alexandro Baldenin dəvət olunmasını istəyir.

Mən hər birimizin rolunu yaxşı anlayıram və hər kəs öz maraqlarını qoruyur. Onun mövqeyini başa düşürəm, o da şübhəsiz mənim mövqeyimi anlayır.

Çünki o da vaxtilə Almaniya millisinin baş məşqçisi olub. Mən öz vəzifəmə fokuslanmışam.

Bu vəzifə isə İspaniya millisinin baş məşqçisi kimi ölkəmizi təmsil edəcək ən yaxşı futbolçuları cəlb etməkdir. Qəbul etdiyimiz bütün qərarlar yalnız bu düşüncələrə əsaslanır.

Xüsusilə, vurğulamaq istəyirəm ki, futbolçuların sağlamlığı bizim üçün prioritetdir və bunu sübut edə bilərik.

Çünki Yamalla və ya başqa hansısa oyunçu ilə bağlı ən kiçik şübhə yarandıqda, oynamayıb klubuna geri qayıdıb. Mənim vicdanım təmizdir”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Yanvar 20:00 Çək və bizə göndər!