Superkubok oyununu buraxacaq - “Real”ın hücumçusu

1 Yanvar 13:10 İspaniya 516
Superkubok oyununu buraxacaq - “Real”ın hücumçusu

“Real”ın ulduzu Kilian Mbappe diz bağından zədə aldığı üçün ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Fransalı hücumçu yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya superkubokunun “Atletiko” ilə oyununu buraxacaq.

Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, 2018-2024-cü illərdə PSJ-də oynayıb və klubun bütün zamanların ən yaxşı bombardiridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti