“Yaxşı hücumçudur, qol vurmağı bacarır” - Komandadan göndərilən həmyerlisini təriflədi

13:10 İspaniya 133
“Yaxşı hücumçudur, qol vurmağı bacarır” - Komandadan göndərilən həmyerlisini təriflədi

Braziliya millisinin və “Barselona”nın sabiq hücumçusu Romario həmyerlisi Endrikin “Real”dan “Lion”a keçidi barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Footmercato”-ya istinadən xəbər verir ki, o, Endrikin Madriddə uğursuzluq yaşamasına baxmayaraq, böyük potensialının olduğunu bildirib:

“Hazırda o, ən yaxşı braziliyalı hücumçulardan biridir. Sadəcə, Madriddə şansı olmadı.

Endrik yaxşı futbolçudur və qol vurmağı bacarır. Bunun üçün bütün keyfiyyətləri var. Ümid edək ki, “Lion”da hər şey yolunda olacaq”.

19 yaşlı forvard “Real”dan “Lion”a icarə əsasında keçib.

Digər Xəbərlər
Xəbər Lenti